Paşinyanın çıxışından sonra Ermənistanda etirazlar alovlandı - Yenilənib


Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.
Paşinyan isə Ermənistan tərəfinin sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

***19:35
"Biz bir kağıza imza atmaq istəyirik, amma bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq”.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsələr belə, nəticədə daha çox sevinəcəyik və minnətdar olacağıq. Bunun nəticəsində Ermənistan 29 min 800 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə edir. Əgər təmin olunarsa, mən bu qərarı imzalayacağam. Başıma nə gələcəyi məni maraqlandırmır.  Məni Ermənistan Respublikasının başına nə gələcəyi maraqlandırır", - deyə o bildirib

DİGƏR XƏBƏRLƏR

Top