Ermənistan Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub


Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanla sərhədindəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutublar.

DİGƏR XƏBƏRLƏR

Top