Yaxın günlərdə xidməti başa vurub evə dönəcəkdi... - Fotolar + Video


Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Rzayev Tərlan Pərviz oğlu Mingəçevirdə Şəhidlər xiyabanında dəfn olunub.
Yeniavaz.com
xəbər verir ki, şəhidin dəfn mərasimində şəhərin icra hakimiyyətinin başçısı İlham İsmayılov, deputatlar Aydın Mirzəzadə, Əli Hüseyinli, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyətinin nümayəndələri və mingəçevirlilər iştirak edib. Şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib. Şəhidin tabutunun bükülüb gətirildiyi bayraq əmisinə təqdim edilib.
Qeyd olunur ki, Tərlan yaxın günlərdə hərbi xidmətini başa vurub evə dönəcəkdi.
O, Mingəçevirdəki 26 saylı qaçqın məktəbinin məzunu oub. Ailədə atasız böyüyən iki oğul övladı olublar. Tərlan evin kiçik oğlu idi.
Onun ailə qayğılarında anasına dəstək olmaq üçün əsgərlik xidmətindən öncə fəhləliklə məşğul olduğu bildirilir.






Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top