Bu il 1984 əkiz, 96 üçəm doğulub


Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib.
Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəm doğulanların sayı isə 96 olub.

DİGƏR XƏBƏRLƏR

Top