"Telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi"


"Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi".
Yeniavaz.com Reporta istinadla xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib.
O qeyd edib ki, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər:
"Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, "mənimlə fəxr edəcəksən". Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm".

DİGƏR XƏBƏRLƏR

Top