Ukraynada İran PUA-sı vuruldu - Rəsmi Tehran inkar edir...


Ukrayna Müdafiə Nazirliyi Xarkov vilayətində Rusiya qoşunlarının döyüşlər zamanı istifadə etdiyi İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarəsinin vuruldğunu açıqlayıb.
Yeniavaz.com
“Amerikanın səsi”nə istinadla xəbər verir ki, Ukrayna ilk dəfə İran istehsalı olan PUA-nın vurulduğunu elan edib.
Bundan əvvəl Ukrayna və ABŞ İranı Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham etmişdi.
Rəsmi Tehran isə bunu inkar edir.
Ukrayna Müdafiə Nazirliyi üzərində rus dilində “Geran-2” yazılmış məhv edilmiş pilotsuz təyyarənin görüntülərini yayıb. Bildirilib ki, qanad ucunun konturları “Şahed-136”nın qanad ucu ilə eynidir.
Xəbərdə bildirilir ki, PUA Ukraynanın bu yaxınlarda geri qaytardığı Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top