Əvəz Zeynallının iş yerində yenə axtarış aparıldı


“Xural Yayınları” MMC-nin baş direktoru, jurnalist Əvəz Zeynallının iş yerində növbəti dəfə axtarış aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun xanımı Məlahət Zeynallı məlumat yayıb.
“Baş Prokurorluğun İstintaq İdarəsi “Xural TV”nin redaksiyasında 2-ci dəfə axtarış apardı”, – deyə M. Zeynallının sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunur.
Qeyd edək ki, rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top