Şəhid və ürəktutmadan vəfat edən atası dəfn olunur - Video


Şəhid Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunur. 
Yeniavaz.com
xəbər verir ki, V. Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırılacaq.


***09:00
Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev övladının nəşini gətirmək üçün getdiyi Gəncə şəhərində ürəktutmadan dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunur ki, infarkt keçirən şəhid atası hospitala çatdırılsa da, burada dünyasını dəyişib.
1997-ci il təvəllüdlü şəhid Vadim Qocayevin Qobustanın Sündü kəndindən olduğu bildirilir. Vətən Müharibəsi iştirakçısı olan şəhidin bir yaşlı qızı var.
Allah rəhmət eləsin!




DİGƏR XƏBƏRLƏR

Top