Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı nazirliyin tviterdəki paylaşımında bildirilib.
"Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik", - deyə qeyd olunub.