
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində 50 hərbi qulluqçumuz şəhid olub.
Yeniavaz.com xəbər verir ki, şəhidlərimizdən biri də 1990-cı il təvəllüdlü Yevlax rayonunun Gülövşə kəndindən olan hərbi qulluqçu Rəhimov Təbriz Rəhim oğludur. O, subay idi, nəşi sabah gətirilib dəfn olunacaq.
Esmira Hidayətova, Yevlax
