Putin İlham Əliyevlə görüşəcək


Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat yayıb.
Onun sözlərinə görə, Putin sammitdə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə görüş keçirəcək.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top