Masallı icra başçısının müavini işdən çıxarıldı


Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyəti başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb.

Məhəmmədhüseyn Hüseynov həm də Fövqəladə hallar komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılıb.

Faktı Masallı Rayon İcra Hakimiyyəti təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top