Elçin Sadıqovun vəkilləri ilə görüşünə icazə verilmir?


Bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib", - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top