Maşınlar bir neçə dəqiqədə, telefonlar bir neçə saniyədə şarj olacaq


Tədqiqatçılar enerjinin saxlanmasında inqilab yarada biləcək yeni növ şarj texnologiyasının istehsalında əhəmiyyətli irəliləyiş əldə ediblər.

Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, sözügedən texnologiya şarj müddətini rekord səviyyəyə endirə bilər.
Belə ki, kvant batareyaları elektriklə işləyən avtomobilləri dəqiqələr içərisində, telefon cihazlarını isə saniyələr ərzində şarj etmə potensialına sahidir. İtalyan və koreyalı alimlər bu yeni növ texnologiyanın inkişafında birgə çalışırlar. Tədqiqatçılar kvant batareyaları ilə alətlərin şarj olmasının klassik şarjdan daha sürətli olduğunu uğurla nümayiş etdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top