Harvard Universiteti təxribatçı paylaşımını sildi - Yenilənib


Harvard Universiteti Qarabağın Azərbaycan ərazisinin daxilində qondarma Dağlıq Qarabağ Respublikası kimi göstərildiyi fotonu silib.
Yeniavaz.com
xəbər verir ki, artıq sözügedən foto Universitetin sosial şəbəkə hesabından qaldırılıb.


***15:38
ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən hesab olunan və bir çox beynəlxalq anketə əsasən verdiyi təhsilin səviyyəsinə görə “ən yaxşı” hesab olunan Harvard Universitetinin rəsmi instaqram səhifəsində paylaşdığı foto azərbaycanlı istifadəçilərin qəzəbinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Professor Kristina Merensi “Ermənistanın incəsənəti və mədəniyyəti” dərsində Ermənistanın coğrafiyasını təsvir edir” sərlövhəsi ilə təqdim olunan fotoda Qarabağ Azərbaycan ərazisinin daxilində qondarma Dağlıq Qarabağ Respublikası kimi göstərilib.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Universitetin bu paylaşımna sərt reaksiya veriblər və dərhal atılan yanlış addımın düzəldilməsini tələb ediblər.
Fotonun paylaşılmasından 3 gün keçsə də Universitet nə məsələyə reaksiya verib, nə də paylaşımı silib.

Qeyd edək ki, sözügedən paylaşımda Universitet tələbələrinə növbəti semestrdə keçiriləcək dərslərdən bəziləri barədə məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top