Prokurorluq məşhur aktyorun həbsini tələb edir


Türk millətini təhqir etdiyi iddiası ilə mühakimə olunduğu məhkəmədə prokurorluq məşhur aktyor İlyas Salmanın 2 ilə qədər həbs olunmasını istəyib.
Yeniavaz.com Sözcü-yə istinadən xəbər verir ki, aktyor İlyas Salman sosial mediada paylaşılan videoda türk millətinə qarşı təhqir edici sözlər işlətdiyi iddiası ilə Türkiyə qanunvericiliyində yer alan "türk millətini açıq şəkildə təhqir etmək" maddəsi ilə hakim qarşısına çıxarılıb.
İlyas Salmanın vəkili qaldırılan ittihama qarşı müdafiə materiallarının toplanması üçün vaxt istəyib. Məhkəmə təqsirləndirilən İlyas Salmanın vəkilinə növbəti iclasa qədər vaxt verərək iclası təxirə salıb.

DİGƏR XƏBƏRLƏR

Top