
Qazax rayonunun Kəmərli kənd sakini, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-yə Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildiriblər.
Qeyd olunub ki, A. Məmmədov sentyabrın 12-də atəşkəsin pozulması nəticəsində həyatını itirib.

Xatırladaq ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.