Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə BMT TŞ-nin iclası çağırılır


Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top