Ermənistan kömək üçün müraciət edib - Rusiya XİN


“Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanmasına köməklik göstərilməsi xahişi ilə rəsmi İrəvandan müraciət alıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk”, - deyə məlumatda bildirilir.
Bəyanatda qeyd edilir ki, İrəvanla Bakı arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməlidir:
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”.
Qeyd olunub ki, rəsmi Moskva saat 09:00-dan etibarən Bakı və İrəvanın Rusiya Federasiyasının vasitəçiliyi ilə bu gün əldə olunmuş atəşkəs razılaşmasına əməl edəcəyini gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top