KTMT sərhəddəki qarşıdurma ilə bağlı iclas keçirir


Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı sözügedən müraciətlə bağlı KTMT Daimi Şurasının iclasının keçirildiyini bildirib.
“1997-ci il Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi əsasında Rusiya Federasiyasına üz tutduq. Vəziyyətin dərhal müzakirə oluna bilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək barədə də qərar qəbul edilib. Gecə Rusiya, Fransa, İran prezidentləri, ABŞ dövlət katibi, Avropa Şurasının prezidenti Şarl Mişellə danışdım. Müdafiə Nazirliyinin rəhbəri rusiyalı həmkarı ilə danışıb. Vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün çalışırıq”, - Paşinyan bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top