
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Möhbalı Fərid Kamaləddin oğlu şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev məlumat yayıb.
O, Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevə əmisi nəvəsinin şəhid olması ilə bağlı başsağlığı verib.
Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata əsasən, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.
Qeyd edək ki, S. Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev də I Qarabağ müharibəsi zamanı şəhid olub.
