"Ermənistanın 49 itkisi var və bu yekun deyil" - Paşinyan


Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində qarşı tərəfin itkiləri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib. O parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistan tərəfinin 49 itkisi var və bu rəqəm yekun deyil.
Qeyd edək ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top