"Əməliyyat başa çatdı, Ermənistanın 150-200 nəfər itkisi var..." - Caliber


“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə səhər saat 9:15-də Azərbaycan ordusunun əməliyyatı uğurla başa çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
“Əməliyyat ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.
Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı da var. Dəyəri yarım milyard dollardan çox olan avadanlıq - iki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib.
Azərbaycan ordusu sərhəd zolağında delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəşlə nəzarətə götürülüb”, - məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top