Əvəz Zeynallının apellyasiya şikayəti ilə bağlı qərar verildi - Yenilənib


“Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynallının barəsində seçilən həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Yeniavaz.com
xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.


***10:44
Bu gün Xural TV-nin rəhbəri Əvəz Zeynallının məhkəməsi olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
O bildirib ki, Əvəz Zeynallının işi üzrə verilən apellyasiya şikayətinə sentyabrın 13-ü saat 11:00-də Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top