10 erməni hərbçi yaralanıb


Ermənistan Ordusunun 10 hərbçisi yaralanıb.
Yeniavaz.com "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Göyçə vilayətinin Martuni şəhər tibb mərkəzindən bildiriblər.
Məlumata görə, yaralıların 4-ü İrəvana aparılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top