ABŞ Azərbaycan və Ermənistana çağırış etdi


ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir.
“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələri və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan dərin narahatdır. Bizim çoxdan aydınlaşdırdığımız kimi, münaqişənin hərbi yolla həlli ola bilməz. Biz istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Bildirilib ki, təxribatların qarşısının alınması məqsədilə cavab tədbirləri görülür və hər iki tərəfdən itkilər var.

DİGƏR XƏBƏRLƏR

Top