"Bu məlumat ermənilərin yaydığı dezinformasiyadır" - Müdafiə Nazirliyi


Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top