Zaparojye AES-də ikinci ehtiyat elektrik xətti bərpa edildi


Zaporojye Atom Elektrik Stansiyasında ikinci ehtiyat elektrik təchizatı xətti bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
“Zaparojye AES-də ehtiyat ötürücü xətti bərpa edilib ki, bu da operatora bir xətti gözləmə rejimində saxlamağa imkan verəcək. Digəri isə reaktoru soyutmaq və dayandırma zamanı digər mühüm təhlükəsizlik funksiyalarını yerinə yetirmək üçün stansiyanı xarici enerji ilə təmin edəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Zaparojye AES elektrik xəttindən tamamilə ayrılmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top