Toy etmək istəyənlərin nəzərinə: Menyuların qiymətləri bahalaşdı


Şadlıq saraylarına sifarişlərin sayında azalma, qiymətində isə artım müşahidə olunur.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki yeni sezonda meynuların qiymətində yenidən artım gözlənilir. Buna səbəb kimi isə ərzaq məhsullarının qiyməti göstərilir.

Restoranlar arasında köhnə qiymətlə fəaliyyət göstərənlər də var. Lakin onlar hesab edir ki, bahalaşma  davam edərsə menyu qiymətlərini dəyişəcəklər. Araşdırma zamanı məlum oldu ki, 30-35 manata  təklif  edilən menyular indi 40  manatdan başlayır. İnzibatçılar qeyd edib ki, qiymət artımı ilə yanaşı cəmiyyətdə yaranan qapanma qorxusu da  sifariş sayına təsir  edib.

Qeyd edək ki, iqtisadi və sosial inkişaf mərkəzindən bildirilib ki, avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74 faiz azalıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən isə qiymətlərdə 9-11 faiz artım var. Sentyabrın sonuna doğru isə daha da yüksək qiymət artımları gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top