Rusiyanın 18 rayonundan deputatlar Putinin istefasını tələb edir


Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Twitter”də bildirilib. Qeyd olunub ki, deputatlar istefa tələbi ilə ictimai bəyanat imzalayıblar.
“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiyanın Prezidenti vəzifəsindən istefasını tələb edirik!”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqun Smolninskoye Bələdiyyəsinin deputatları Putinin dövlətə xəyanətdə mühakimə olunmasını tələb etmişdilər.
 

DİGƏR XƏBƏRLƏR

Top