İran nüvə silahına çox yaxındır – İsrail MN


“İran nüvə silahı hazırlamağa daha yaxındır”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.
“İran nəinki imkanlar və infrastruktur, həm də bilik əldə edib. Hesab edirik ki, İran bunu etmək istəsə, bir neçə həftə ərzində üç əhəmiyyətli miqdarda nüvə silahı üçün kifayət qədər parçalanan material əldə edə bilər” - deyə, o bildirib.
Qantz həmçinin qeyd edib ki, İranın mümkün nüvə silahı əldə etməsi təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top