Son sutkada koronavirusa 76 nəfər yoluxdu


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 372 aktiv xəstə var. Bu günə qədər 9 857 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 916, bu günə qədər isə ümumilikdə 7 195 841 test icra olunub.

DİGƏR XƏBƏRLƏR

Top