“Maykada maşın sürərlər?” deyən yol polisi işdən çıxarıldı


Bir müddət əvvəl sosial şəbəkələrdə görüntüləri yayılan, sürücü ilə mübahisə edən yol polisi əməkdaşları barədə tədbir görülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Qafqazinfoya məlumat verib.
O bildirib ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar. Müvafiq əmrlə M.Qasımov işdən çıxarılaraq sərəncama götürülüb, E.İsgəndərova isə şiddətli töhmət elan edilib.

Həmçinin oxuyun: Polisin sürücüyə dedikləri gündəm oldu: "Düş, söhbət edək, maykada maşın sürərlər?" - Video

Qeyd edək ki, bir müddət öncə Bakıda yol polisi ilə sürücü arasındakı mübahisəni əks etdirən görüntülər yayılmışdı. Kadrlarda sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia etmişdi. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb etmiş, ona maşından aşağı düşərək söhbət etməyi təklif etmişdi: “Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”.

DİGƏR XƏBƏRLƏR

Top