İstanbuldakı atışmada yaralanan azərbaycanlıların adları açıqlandı


İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb: “Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top