Dövlət Komitəsi ən çox bahalanan məhsulların adını - Açıqladı


Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2021-ci ilin yanvar-avqust aylarına nisbətən 13,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz bahalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Statistika Komitəsindən açıqlanıb.
Məlumatda bildirilir ki, bu ilin avqust ayında istehlak qiymətləri əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz artıb.
2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin avqust ayına nisbətən 20,8 faiz çox olub.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top