Veteranlıq ala bilməyən müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısına toplaşıb.
Yeniavaz.com xəbər verir ki, bir qrup müharibə iştirakçısı Müdafiə Nazirliyinin qarşısına gələrək onlara nə üçün veteranlıqlarının verilmədiyi haqda bir açıqlama verilməsini istəyib.
Quliyev Nazim müharibə iştirakçısı olsa da veteranlığını hələ də ala bilmədiyi üçün utandığını bildirib. O, dəfələrlə çıxış və tələbləri olsa da haqq və istəklərinin yerinə yetirilmədiyi qeyd edib.
Digər müharibə iştirakçısı Lətifov Ağayar isə ona verilən rəsmi cavab məktubunda bunların qeyd olunduğu deyib:
“Tamamlama hərbi hissələrində olduğunuza görə sizə veteranlıq verilməkdən imtina olunur”.
L. Ağayar onun haqqında verilən veteranlıqdan imtinanın əsasını öyrənmək istəyib. O veteranlıq stasutunun verilməsi ilə bağlı tələbini qeyd edərkən bunları deyib:
“Biz 80 manatın davasını etmirik. Yenə çağırılsaq, yenə də vətən uğrunda döyüşə gedəsiyik. Biz veteranlığımızı alaraq tarixə düşmək istəyirik. Bizə deyirlər “getdin iki ay döyüşdün nə verdilər?” Biz bu sözlədən utanırıq. Bizə sənəd versinlər ki, biz də səfərbərlikdə olmuşuq, Gəncədə olmuşuq, Goranda olmuşuq, Qubadlıda olmuşuq… Mən 80 manatdan imtina edirəm. Vətən məni çağırdı. Mən canımdan keçməyə hazır oldum. Ən azından bizə bir sənəd verilsin ki, biz də müharibə zamanı səfərbər olmuşuq. Özümüzdən başqa heç kimi inandıra bilmirik ki, biz də getmişik, Goranda da olmuşuq, Gəncədə də olmuşuq”.