Ukrayna bir gündə 20 yaşayış məntəqəsini azad etdi


“Gün ərzində Ukrayna hərbçiləri düşməni iyirmidən çox yaşayış məntəqəsindən sıxışdırıb çıxarıb və onları tam nəzarət altına almaq üçün işlər görülür”.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu gün səhər saatlarında yaydığı xülasədə deyilir.
Ukrayna müdafiə qüvvələrinin Mayorskaya və Krasnoqorovka yaxınlığında düşmən hücumlarını dəf etdiyi, Nikolaevka Vtoroy və Zaytsevoy ərazilərində isə döyüşlərin davam etdiyi bildirilir.
"Müdafiə qüvvələrinin Xerson istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra düşmən xeyli canlı qüvvə itkisinə məruz qalıb. Mövcud məlumata görə, 810-cu dəniz piyada briqadası (Sevastopol şəhərinin daimi dislokasiya məntəqəsi) demək olar ki, şəxsi heyətinin 85%-ni itirib. Qalan hərbçilərin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır, onlar kütləvi şəkildə döyüş bölgəsinə qayıtmaqdan imtina edirlər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Cənubda və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin avqustun sonunda elan etdiyi əks-hücum əməliyyatı davam edir. Prezident Volodimir Zelenskinin sözlərinə görə, sentyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri  təxminən 2000 kvadrat kilometr ərazini azad edib.

DİGƏR XƏBƏRLƏR

Top