İstanbulda kütləvi silahlı dava: 4 azərbaycanlı yaralandı - Video


Türkiyənin İstanbul şəhərində atışma olub, azərbaycanlılar xəsarət alıb.
Yeniavaz.com
DHA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Sarıyer rayonundakı Ayazağa adlanan ərazidə yerləşən “Vadi İstanbul” ticarət mərkəzində baş verib.
Belə ki, “Timboo” adlı kafedə iki qrup arasında mübahisə yaranıb. Daha sonra mübahisə edənlər silaha əl atıblar və atışmada 6 nəfər yaralanıb.

Hadisə yerinə dərhal polis və tibb işçiləri cəlb olunub. Həkimlərin ilkin tibbi yardım göstərdiyi 4-ü Azərbaycan, 1-i İran və 1-i Türkiyə vətəndaşı olan yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Atışmanın baş verdiyi ticarət mərkəzində araşdırma aparan polis əməkdaşları digər şübhəliləri tutmaq üçün təhqiqata başlayıb.
Hadisə təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top