AKP-nin mitinqinə adam yığmaq üçün 250 lirəlik çek paylanır - İddia


“Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şanlıurfaya gələcək. Adam toplamaq lazımdır. Heç kim öz-özünə gəlmir. Sonra 250 TL-lik (22 manat-red.) market kartı paylayaraq onları gəlməyə məcbur edirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin aparıcı siyasi partiyalarından olan Səadət partiyasının Şanlıurfa rayon təşkilatının sədri Niyazi Yanmaz deyib.
Niyazi Yanmaz bildirib ki, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasınıən (AKP) rayon təşkilatının qarşısında uzun növbələr yaranıb: “Dostlarımızın apardığı araşdırmaya görə, AKP rayon təşkilatınıln binasına ancaq qadınlar dəvət olunub. Burada adı yazılan qadınlara deyirlər ki, bu xanımı mitinq meydanında görəcəksən və 250 TL çekini alacaqsan. Hər rayon üçün ayrı-ayrı məsul şəxslər təyin olunub. Adları yazılmış qadınlar görüş yerində adları çəkilən məsul şəxsi tapıb çeki götürəcəklər”.
 

DİGƏR XƏBƏRLƏR

Top