AMEA bu kitablara 36 min manat ödəyəcək – Siyahı


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “RƏBUNƏ” MMC (VÖEN- 2300009961) olub.
“RƏBUNƏ” MMC  AMEA-nın Gəncə Bölməsinə 8 adda kitab satacaq. Kitabların sayı hər birindən 300 ədəd olmaqla ümumilikdə 2 400 ədəd olacaq. 2 400 ədəd kitab üçün AMEA “RƏBUNƏ” MMC –yə 35 859 manat ödəyəcək. Bir ədəd kitabın orta qitməti təxminən 15 manat olacaq.
Xəbəri rus dilində oxuyun: НАНА заплатит за эти книги 36 тысяч манатов - Список
Qeyd edək ki, AMEA-nın Gəncə Bölməsi aşağıdakı kitabları satın alacaq:
- “Sürtgü yağlarının mikrobioloji zədələnməsi” (H.Cavadova İ.Cəfərova 209 səh.)
- "Gəncə Səbzikar Qəbirstanlığı" (akad. F.Əliyev və başq. 302 səh.)
- "Gəncə incəsənəti" (akad. F.Əliyev və başq. 302 səh)
- "N.Gəncəvinin həyatı və yaradıcılığı" (prof. X.Yusifli 981 səh.)
- "Nizaminin lirikası" (Müəlliflər qrupu 407 səh.)
- Gəncə Bölməsi – 40 (bərk cilddə) (Müəlliflər qrupu 410 səh.)
- "Təbii seolitlərin quruluşu, fiziki kimyəvi xassələri və onların iştirakı ilə ağır neft qalıqlarının hidrokrekinqi" (A.Həsənova, H.İbrahimov G.Muxtarova 310 səh.)
- "Gəncə üsyanı" (prof. H.Sadıqov 410 səh.)

Məlumat üçün bildirək ki, “RƏBUNƏ” MMC 02.06.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 manat olan MMC Gəncə şəhəri, Muxtar Hacıyev, ev 05, m. 53-də yerləşir. “RƏBUNƏ”nin qanuni təmsilçisi ƏNUBƏR QƏZƏNFƏR qızı MƏMMƏDOVADIR.

DİGƏR XƏBƏRLƏR

Top