Ərdoğan Putinlə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT” məlumat yayıb.
Bildirilib ki, görüş Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində baş tutacaq.
Qeyd olunub ki, R. T. Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının Sammitində iştirak edəcək və üzv ölkələrin liderləri ilə görüşəcək. Onun buradakı ən vacib görüşü isə Vladimir Putinlə olacaq.
Ərdoğanın növbəti dayanacağı isə ABŞ olacaq. O, Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yollanacaq.

DİGƏR XƏBƏRLƏR

Top