III Çarlz Avstraliyanın başçısı elan edildi


Böyük Britaniya kralı III Çarlz bu gün rəsmən Avstriyanın yeni başçısı oldu.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SBS telekanalı məlumat yayıb .
Avstraliyanın baş naziri Entoni Albanese bu barədə Kanberrada parlament binasında keçirilən mərasimdə bildirib. O, həmçinin Kraliça II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 22-ni milli matəm günü elan edib.
Qeyd edək ki, Kraliça II Elizabet cümə axşamı 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun müddət - 70 il 7 ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlz idi.
15 ştatın formal başçısı olmuş II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 9-dan Böyük Britaniyada dəfn gününə qədər davam edəcək milli matəm elan edilib. III Çarlzın tacqoyma mərasimi bir neçə aydan sonra keçiriləcək, onun tarixi hələ açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top