Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı


“11 sentyabr 2022-ci il, saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Telegram”da Energoatomun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.
“Son üç gün ərzində 6-cı enerji bloku ada rejimində işləyir, yalnız Zaporojye Atom Elektrik Stansiyasının öz ehtiyaclarını kritik dərəcədə aşağı güc səviyyəsində (114-dən 140 MVt-a qədər) ödəyir, çünki Rusiyanın atəşi nəticəsində bütün rabitə xətləri zədələnib”, - məlumatda deyilir.
Qeyd olunur ki, sentyabrın 10-da axşam saatlarında bu kommunikasiya xətlərindən birinin işləmə qabiliyyəti bərpa edildikdən sonra stansiyanın öz ehtiyacları üçün Ukraynanın enerji sistemindən enerji təchizatı mümkün olub. Buna görə də, 6 nömrəli enerji blokunun söndürülməsi və ən təhlükəsiz vəziyyətə - soyuq vəziyyətə keçirilməsi qərara alınıb.
Xatırladaq ki, ruslar martın 4-də Zaporojye AES  və Enerqodar peyk şəhərciyini ələ keçirib. O vaxtdan bəri Rusiya AES ətrafında hərbisizləşdirilmiş zona yaratmaq təklifini rədd edib. Avqustun əvvəlindən vaxtaşırı atom elektrik stansiyası və onun ətrafı atəşə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top