Zabit Səmədov karyerasını başa vurdu


“Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
Yeniavaz.com
xəbər verir ki, o sonuncu döyüşündə braziliyalı Antonio Silva ilə qarşılaşıb və rəqibini 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.
Bununla da Zabit Səmədov karyerasını bitirib.
Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top