Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi


Vəkil Elçin Sadıqov və “Xural TV”nin rəhbəri jurnalist Əvəz Zeynallı barəsində həbs qərarı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalisti və vəkili tanıyanlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Belə ki, Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Gecə keçirilən məhkəmə prosesində hakim Fərid Əmirəliyev Ə.Zeynallı və E.Sadıqov barəsində 4 ay həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.
Qeeyd olunub ki, hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunur.
Xatırladaq ki, bir neçə gün öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilmiş və bununla bağlı səs yazısı yayılmışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmiş, sözügedən səsyazısında haqqında danışılanların Rasim Məmmədovun işi ilə bağlı əhəmiyyətli sənədlər olduğu bildirilmişdi.
Qeyd edək ki, Baş Prokurorluq əməkdaşları ötən gün Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlandığı elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top