“Belə həbslər bir çox halda böyük korrupsiya ifşalarını önləmək üçün alət ola bilir”


“Əvəz Zeynallının açıqlaması göstərir ki, ona qarşı başlayan hərəkətlər jurnalist fəaliyyətinin, özəlliklə Xural tv internet televiziyasının fəaliyyətinə son qoymağı hədəfləyib”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli feysbukda yazıb.
“Jurnalistin mənbələrinin gizliliyi tələb edir ki, vəkil kimi onun da ofisinin, redaksiyasının konfidensiallığına müdaxilə edilməsin. Heç kimə sirr deyil ki, çox saylı səs-küylü korrupsiya faktlarının ortaya çıxması məhz jurnalistə mənbələrindən sızdırılan sənədlərlə mümkün olur. Belə axtarışlar, həbslər bir çox halda böyük korrupsiya ifşalarını önləmək üçün alət ola bilir”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top