"Prokurorluq Tərtər cinayətini işıqlandıran kanal rəhbərini qurama ittihamla həbs edir"


“Artıq heç kəsdə şübhə qalmamalıdır ki, Azərbaycanda dövlət Tərtər qətliamını törətmiş cinayətkar çətənin əlindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“İlham Aslanoğlu və Abid Qafarov həbs olunanda bununla bağlı tərəddüdlər ola bilərdi, amma Əvəz Zeynallının həbsi buna əyani sübutdur. İrtica xalqın üzərinə gəlməkdə davam edir. 5 il əvvəl Tərtər qətliamının təşkilatçılarından olan Prokurorluq 4 il buna susur, 9 ay heç bir nəticəsi olmayan yalançı istintaq aparır və cəmi 2 gün ərzində cinayəti fəal işıqlandıran kanalın rəhbərini qurama ittihamla həbs edir və üstəlik də bu işə Tərtər qətliamının qurbanlarının müdafiəsində iştirak edən vəkillərdən biri olan Elçin Sadıqovu qatır. Artıq hər şey aydındır və bundan sonra nəyinsə hüquq müstəvisində həll olunacağına ümid etmək yalnız özünü aldatmaq olar. Əslində buna ümid edən də yox idi. Ölkə və xalq olaraq ümid ancaq özümüzədir”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top