İspaniya ordusu Ukrayna hərbçilərinə təlim keçəcək


İspaniya ordusu Ukrayna hərbçilərinə Saraqosada təlim keçəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Mundo” yazır.
İspaniya həftələrlə Ukrayna hərbi kontingentinin ölkədəki obyektlərdə təlim keçmək üçün gəlişinə hazırlaşır.
Belə ki, hesabatda bildirilir ki, İspaniya Müdafiə Nazirliyi Ukrayna qarşısında götürdüyü öhdəliklərdən birini yerinə yetirir və ukraynalı əsgərləri hərbi xidmətə göndərilməzdən əvvəl təlimə qəbul edəcək.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya ukraynalılara təlim keçməyə başlayıb. Sentyabrın əvvəlinə olan məlumata görə, artıq 4700 nəfər təlimi bitirib. Onlara piyadaların əsas bacarıqları, o cümlədən silahlardan istifadə, ilkin hərbi tibb, patrul texnikası və sair öyrədilir.
 

DİGƏR XƏBƏRLƏR

Top