Mingəçevirdə əşya bazarında yanğın olub


Mingəçevirdə ticarət mərkəzində baş verə biləcək böyük yanğının qarşısı çevik şəkildə alınıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə az öncə əşya bazarında baş verib.
Bazarın köşklərindən birinin dam örtüyünün üzərində yanğın baş verib. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğınsöndürənlərin çevikliyi sayəsində böyük bazarın yalnız 6 kvadratmetrlik hissəsi alovun təsirinə məruz qalıb.
Alov lokallaşdırılaraq təhlükə önlənib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top