Ağacı düzgün budamayan şəxs cəzalandırıldı


Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Yeniavaz.com xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin  tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyinin müəyyən edildiyini bildirib.
Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub.
Faktla bağlı akt tərtib edilib və F.Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb.

DİGƏR XƏBƏRLƏR

Top